Vergi və Bank işi şöbəsi
Şöbə müdiri
Vilayət Bədir oğlu Mirzəyev – Bakı Biznes və Kooperasiya Kollecinin Vergi və Bank işi şöbəsinin müdiri
1970-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı filialının “İqtisadiyyat” fakültəsinə daxil olmuş, 1995-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun “İqtisadiyyat” fakültəsini bitirmişdir. 1999-cu ildə dissertasiya işini müdafiə edərək iqtisad elmlər namizədi alimlik dərəcəsi almışdır. 2001-ci ildə AKU-nun baş müəllimi, 2007-ci ildə “İqtisadiyyat və vergi işi” kafedrasının dosentidir. 2018- ci il tarixində “İqtisadiyyat və vergi işi” kafedrasının müdiri vəzifəsində işləmişdir. 2018 ci ildə Bakı Biznes və Kooperasiya Kollecində “Vergi və Bank işi” şöbəsinin müdüri vəzifəsində işləyir. 1 dərs vəsaitinin, 1 metodiki vəsaitin, 12 proqramın, 2 metodiki göstərişin, 25-dən artıq elmi məqalənin müəllifidir.
Ailəlidir, 3 övladı var.
Şöbə Haqqında
“Vergi və Bank işi” şöbəsi 2014-cü ildə təşkil olunub. “Vergi və Bank işi” şöbəsi hal-hazırda 4 ixtisas üzrə kadr hazırlığını həyata keçirir. Vergi işi, Bank işi, Sosial iş və Kargüzarlıq və Arxiv işi ixtsiasları üzrə şöbədə 370 nəfər tələbə təhsil alir. “Vergi və Bank işi” şöbəsi üzrə dərslərin təşkili daimi olaraq yenilənir, dərslər əsasən interaktiv formada keçirilir, tələbələrin dərslərdə, xüsusilə seminar-məşğələ dərslərində sərbəstliyinə şərait yaradılır, tələbələr dərsin mövzusuna uyğun hazırladıqları slayd və təqdimatlardan istifadə etməklə öz bilik və bacarıqlarını göstərirlər.
2014-2018-ci illərdə şöbəyə Kifayət Məmmədova, 2018-ci ildən isə i.e.n,dos V.B.Mirzəyev rəhbərlik edir.
