IMG_9332

Şöbə  müdiri – Mənsurlu Namiq  Məhəmmədəli  oğlu 23 noyabr 1975 –ci  ildə Bakı şəhərində anadan olmuşdur.

1982-1992-ci illərdə Nərimanov  rayonu  82  nömrəli  orta  məktəbdə  təhsil  almışdır.

1992-1996-cı illərdə Azərbaycan  Xalq  Təsərrüfatı  institutunun məzunu olmuşdur.

2000-2007 –ci illərdə Azərbaycan Kooperasiya universitetində  “Maliyyə-kredit və  Mühasibat uçotu” fakültəsinin ,2007-2015- ci illərdə  isə “Dünya iqtisadiyyatı  və  Kommersiya” fakültəsinin dekan müavini vəzifəsində  işləmişdir.

2015-2016- cı illərdə  Bakı  Biznes və Kooperasiya  Kollecinin “Qiyabi şöbə” müdiri vəzifəsində işləmişdir.

2016-2017- ci illərdə  Bakı  Biznes və Kooperasiya  Kollecinin “Vergi və bank işi” söbəsinin müdiri vəzifəsində işləmişdir.

2017-cı ildən Bakı Biznes və Kooperasiya Kollecinin “Mühasibat uçotu və maliyyə işi şöbəsi” şöbəsinin müdürdür.

Şöbə  2016-cı ildən yaradılıb və  aşağıdakı  ixtisaslar  üzrə  kadr  hazırlığı  aparılır.

  1. Mühasibat uçotu
  2. Maliyyə işi
  3. Maliyyə işi (rus bölməsi)

Şöbədə  tədris  məşğələləri  təsdiq  olunmuş  tədris  planlarına,  hər  bir  tədris  ili  üçün  payız  və  yaz  sessiyalarının  təşkili  və  keçirilməsinə  dair  tərtib  edilmiş  qrafiklərə  müvafiq  təşkil  olunub  həyata  keçirilir.

Şöbədə  fənlər  üzrə  tədris  məşğələləri  əsasən  yüksək  pedaqoji  staja  və  təcrübəyə  malik  olan  müəllimlər  tərəfindən  aparılır.  Əsas  diqqət  tələbələrlə  məsləhət  saatlarının,  mühazirə  praktik  işlərin  yüksək  səviyyədə  təşkilinə  tələbələrin  zəruri  metodik  sənədlərlə  təmin  edilməsinə  yönəldilmişdir.  Kollecin  mövcud  tədris  maddi-texniki  bazası-kitabxana,  kompüter  sinifləri,  elektron  lövhə  otaqları  tələbələrin  tam  istifadəsindədir  və  onlar  üçün  hərtərəfli  təhsilalma  şəraiti  yaradılmışdır.  Tələbələrin  sessiyalararası  dövrlərdə  suallarının  cavablandırılması  üçün  ixtisas  fənn  müəllimlərinin  məsləhət  saatlarının  vaxt  cədvəli  tərtib  olunur  və  icrasına  nəzarət  edilir.