Turizm və informasiya texnologiyaları şöbəsi

 

 

Mehdiyeva Nüşabə Zahir qızı – Bakı Biznes və Kooperasiya Kollecinin Turizm və İnformasiya texnologiyaları şöbəsinin müdiri

 1988-ci il 11 sentyabr tarixində doğulmuşdur. İbtidai təhsili Bakı şəhəri Sabunçu rayonun 67 saylı Tam Orta Məktəbdə almışdır və 2006-cı ildə həmin məktəbi bitirmişdir. 2007-2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində “Kommersiya” ixtisası üzrə bakalavr təhsili almışdır.  2011-2014-cü illərdə Azərbaycan Kooperasiya Universitetində “Kommersiya” ixtisası üzrə magistr magistr dərəcəsi almışdır. 2015-ci ildə doktoranturaya qəbul olmuş, 2022-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2011-ci ildə Azərbaycan Kooperasiya Universitetinin Magistratura şöbəsində metodist vəzifəsində çalışmışdır. 2014-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “Pedaqoji” fakültəsində tyutor vəzifəsində çalışmışdır. 2022-ci ildən Bakı Biznes və Kooperasiya Kollecinin “Turizm və informasiya texnologiyaları” şöbəsinin müdiri vəzifəsində çalışır.

 

      Hal-hazırda şöbədə “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı”, “Kompüter sistemlərinin təmiri və servisi”, “Turizm işinin təşkili”, “Turizm və onun təşkili” , “Kompüter şəbəkələri və hesablama texnikasının təmiri və servisi xidməti” və “İnformasiya texnologiyaları sistemləri” ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Şöbədə 378 nəfər tələbə təhsil alır.

       Azərbaycanda turizmin inkişafı ilə əlaqədar yüksək keyfiyyətli mütəxəssis kadrların hazırlığına xüsusi fikir verilir, tədris planına uyğun olaraq fənlərin tədrisi ancaq baza təhsilinə malik olan müəllimlər tərəfindən aparılır. Kollecin bütün müəllim və tələbələri üçün müasir informasiya və telekommunikasiya texnologiyaların öyrənilməsi bazasına çevrilmişdir.  Şöbədə əsas diqqət tələbələrlə məsləhət saatlarının, mühazirə praktik işlərin yüksək səviyyədə təşkilinə tələbələrin zəruri metodik sənədlərlə təmin edilməsinə yönəldilmişdir.