IMG_9156

Həmidov Yaşar Talıb oğlu 1957-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini  “Azərbaycan  dili  və  ədəbiyyat  müəllimi” ixtisasını bitirib.

1979-cu ildən pedaqoji fəaliyyətə başlayıb  ,1989-cu ildən 2001-ci ilə kimi Bakı şəhəri 182 №li tam orta məktəbdə müəllim , 2001-ci ildən 2006-cı ilədək 283 №li tam orta məktəbdə , 2006-cı ildən 2016-cı ilədək 83 №li məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib. 2016 –cı ildən Bakı Biznes və kooperasiya kollecində tədris şöbəsinin müdiri vəzifəsində çalışır . Təhsil  Nazirliyi  tərəfindən  latın  qrafikası  ilə  nəşr  olunan  bədii  əsərlərin  redaksiyası  heyətinin  üzvüdür.

Təhsildə xidmətlərinə görə dəfələrlə  Bakı Şəhər Təhsil İdarəsinin Fəxri fərmanına layiq bilinmişdir.  Təhsil Nazirinin Təhsil İşçiləri Azad Həmkarlar İtifaqı Həmkarlar komitəsinin Fəxri fərmanı ilə təltif edilmiş və mükafat almışdır

Azərbaycan təhsilinin  inkişafindaki  xidmətlərinə  görə  Azərbaycan  Respublikası Prezidentinin 3 oktyabır 2011-ci il tarixli sərəncami ilə Həmidov Yaşar Talib oğlu “Tərəqqi”  medalı ilə tərtif olunmuşdur .