Məmmədov  Zakir  Ağarza  oğlu  21  avqust  1958-ci  ildə  Saatlı  rayonunun  Seyidlər  kəndində  anadan  olub.

1965-1976-cı  illərdə  Saatlı  rayon  S. Vurğun  adına  1  nömrəli  orta  məktəbdə  təhsil  alıb.

1976-cı  ildə  Bünyadzadə  adına  Azərbaycan  Xalq  Təsərrüfatı  (indiki  Azərbaycan  Dövlət  İqtisad  Universiteti)  institutunun  “Ümumiqtisad”  fakültəsinin  “Ticarətin  iqtisadiyyatı”  ixtisasına  qəbul  olub  və  1980-ci  ildə  həmin  institutu  bitirərək  təyinatla  Azərittifaqın  “Bakı  Kooperativ  Texnikomuna”  (hal-hazırki  Bakı  Biznes  və  Kooperasiya  Kolleci)  müəllim  təyin  olunub.

1980-1992-ci  illərdə  müəllim,  1992-1993-cü  ildə  qiyabi  şöbədə  metodist,  1993-1994-cü  ildə  “İstehsalat  təlimi”  şöbəsinin  müdiri,  1994-2007-ci  illərdə  direktorun  ümumi  işlər  üzrə  birinci  müavini,  2007-2011-ci  illərdə  müəllim,  2011-2015-ci  illərdə  qiyabi  şöbənin  müdiri,  2015-ci  ildən  direktorun  tədris  işləri  üzrə  müavini  vəzifəsində  işləyir.