Şöbə müdiri – Qarayeva Aygün Tahir qızı 31 avqust 1977 –ci ildə Bakı şəhərində anadan olmuşdur.
1995-ci ilə dək Yasamal rayonu 167 saylı orta məktəbdə təhsil almışdır.
1999-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinin bakalavr pilləsini, 2001-ci ildə magistr pilləsini bitirmişdir.
2001-2012 –ci illərdə Bakı Humanitar Kollecində Riyaziyyat müəlliməsi vəzifəsində çalışmışdır
2012-ci ildən Bakı Biznes və Kooperasiya Kollecində Riyaziyyat müəlliməsi vəzifəsində kimi fəaliyyətə başlamışdır.
2012-2015-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun dissertantı olmuşdur.
2015-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya müdafiə etmişdir.
2016-cı ildən Bakı Biznes və Kooperasiya Kollecində Qiyabi şöbənin müdiri kimi işləməkdədir.
Şöbə 1957-ci ildən təşkil olunub. Hazırda şöbədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır.
- Mühasibat uçotu
- Maliyyə işi
- Vergi və vergitutma
- Bank işi
- Menecment
- Gömrük işi
- Marketinq
- Kommersiya
- Bələdiyyə təsərrüfatının təşkili
- Turist mehmanxana təsərrüfatının təşkili və idarəedilməsi
- Mehmanxana turist və sanatoriya kurort komplekslərində iaşə və servis
- Siğorta işinin təşkili
- İnformasiya texnologiyası sistemləri
- Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
- Maliyyə işi (rus bölməsi)
- Bank işi (rus bölməsi)
- Turist mehmanxana təsərrüfatının təşkili və idarəedilməsi (rus bölməsi)
Şöbədə tədris məşğələləri təsdiq olunmuş tədris planlarına, hər bir tədris ili üçün payız və yaz sessiyalarının təşkili və keçirilməsinə dair tərtib edilmiş qrafiklərə müvafiq təşkil olunub həyata keçirilir.
Şöbədə fənlər üzrə tədris məşğələləri əsasən yüksək pedaqoji staja və təcrübəyə malik olan müəllimlər tərəfindən aparılır. Əsas diqqət tələbələrlə məsləhət saatlarının, mühazirə praktik işlərin yüksək səviyyədə təşkilinə tələbələrin zəruri metodik sənədlərlə təmin edilməsinə yönəldilmişdir. Kollecin mövcud tədris maddi-texniki bazası-kitabxana, kompüter sinifləri, elektron lövhə otaqları tələbələrin tam istifadəsindədir və onlar üçün hərtərəfli təhsilalma şəraiti yaradılmışdır. Tələbələrin sessiyalararası dövrlərdə suallarının cavablandırılması üçün ixtisas fənn müəllimlərinin məsləhət saatlarının vaxt cədvəli tərtib olunur və icrasına nəzarət edilir.