IMG_9302IMG_9311

Şöbə  müdiri –  Məmmədova  Kifayət  Qurban  qızı.1957-ci  il  noyabr  ayının  3-də  Gədəbəy  rayonunun  Söyüdlü  kəndində  anadan  olub.       1976-cı  ildə  Bakı  şəhəri  Nəsimi  rayonu  19  saylı  orta  məktəbi   bitirib,  Azərbaycan  Neft  Kimya  instutunun  Energetika  fakültəsinə  qəbul  olmuş,  1981-ci ildə  həmin  institutu  bitirmişdir.  1976-cı  ildə  Kooperativ  Texniki  Peşə  məktəbində  labarant-müəllim  vəzifəsində  işləyib.  1983-cü ildə  Moskva  Kooperativ  Insitutu  “Qeyri – ərzaq  malları əmtəəşünaslığı  və  ticarətin  təşkili”  ixtisasına  daxil  olmuş,  1987  -ci  ildə  Paltava  Kooperativ  İnsitutu  “Qeyri -ərzaq  malları  əmtəəşünaslığı  və  ticarətin təşkili”  ixtisasını  bitirmişdir.  1983-cü  ildən Kooperativ  texniki  peşə  məktəbində  istehsalat  təlimi  üzrə  usta  vəzifəsində  işləmiş,daha sonra 1989-cu  ildən  Kooperativ  texnikumuna  keçirilmiş  və  həmin  vaxtdan  istehsalat  təcrübəsi  üzrə  metodist  işləmişdir.  2004-cü  ildə  Biznes  və  Kooperasiya  kollecində  müəllim, 2010-cu  ildən  “Kommersiya”  şöbəsində  şöbə  müdiri,  hal –hazırda isə “Mühasibat  uçotu  və  maliyyə”   şöbəsində  şöbə  müdiri  vəzifəsində  çalışır.

 

Şöbədə  3 ixtisas  üzrə  kadr  hazırlığı  aparılır.

  1. Vergi və vergitutma
  2. Bank işi
  3. Gömrük işi

Şöbədə  dərs  aparan  müəllimlər  tədris  etdiyi  fənn üzrə  ali  baza  təhsilinə  malikdir.  Şöbənin  işi  Azərbayan  Respublikasının  Təhsil  haqqında  qanununa,  Təhsil  Nazirliyinin  “Orta  ixtisas  təhsili  müəssisələri  şöbələrinin  işinin  təşkili  haqqında”  əsasnaməyə  kollecin  nizamnaməsinə  müvafiq  təşkil  olunub  tənzimlənir.

Şöbədə  tələbə  gənclərin  sinifdaxili  və  sinifdənkənar  tərbiyə  işlərinin  aparılması,  tarixi  günlərdə  elm  və  mədəniyyət  ocaqlarına  tənəzzöhləri,  hər  il  Şəhidlər  xiyabanına  ziyarətlər  təşkil  olunur.

Kollecin  bütün  elektron  lövhə  otaqları,  kompüter  sinif  və  laboratoriyaları,  idman  zalı,  akt  zalı,  kitabxana,  şöbə  tələbələrinin  tam  istifadəsindədir.  Tələbələrin  istehsalat  və  Diplomqabağı  təcrübələri  Maliyyə,  Vergi  digər  müəssisə  və  şirkətlərdə  təşkil  olunub  həyata  keçirilir.

Şöbənin  işi  Təhsil  haqqında  Azərbaycan  Respublikasının  qanununa,  kollecin  nizamnaməsinə  Təhsil  Nazirliyinin  müvafiq  normativ  sənədlərinə  müvafiq  təşkil  olunub  aparılır.

2014/2015-ci  tədris  ilindən  şöbədə  tədrisin  kredit  sistemi  ilə  təşkilinə  keçilmişdir.  Şöbədə  təhsilin  yüksək  səviyyədə  və  peşəkarlıqla  qurulması,  Tələbə  gənclər  arasında  tədris  intizamının  möhkəmləndirilməsi,  sağlam  işgüzar  mühitin  yaradılması  sahəsində  zəruri  tədbirlər  təşkil  olunub  həyata  keçirilir.