Abduyev İman Abdu oğlu – Politoloq filosof 1998-ci ildə Bakı İdarəçilik Akademiyasının Politologiya fakültəsini bitirmişdir. 2003-cü ildən Bakı Biznes və Kooperasiya Kolecində “Fəlsəfə” fənn müəllimi , 2007-ci ildə “Qiyabi” şöbənin metodisti , 2013-cü ildən “Mehmanxana işi və kompüter şəbəkələrinin  servisi” şöbəsinin metodisti ,2018-ci il aprel ayından  “Mehmanxana işi və kompüter şəbəkələrinin servisi” şöbəsinin müdiri vəzifəsində çalışır.

Şöbədə  4  ixtisas  üzrə  kadr  hazırlığı  aparılır:

  1. Turizm və onun təşkili.
  2. Mehmanxana turist  və  sanatoriya  kurort  komplekslərində  iaşə  və servis.
  3. İnformasiya texnologiyası  sistemləri.
  4. Kompüter şəbəkələrinin və  hesablama  texnikasının   təmiri  və  servis  xidməti.

Şöbədə  4  kompüter  laboratoriyası  fəaliyyət  göstərir.  Tələbələr  kollec  daxilində  sürətli  internetə  qoşulmaq  imkanına  malikdirlər,  bu  da  onlara  tədris  olunan  fənlərə  dair  zəruri  məlumatları  əldə  etməyə  imkan  verir.  Şöbə  kollecin  bütün  müəllimi  və  tələbələri  üçün  müasir  informasiya  və  telekomunikasiya  texnologiyalarının  öyrənilməsi bazasına  çevrilmişdir. Kollecdə  fəaliyyət göstərən  bütün  elektron  lövhə  otaqları  şöbənin  tam  istifadəsindədir.

Azərbaycanda  Turizmin  inkişafı  ilə  əlaqədar  yüksək  keyfiyyətli  mütəxəssis  kadrların  hazırlığına  xüsusi  fikir  verilir.  Tədris  planına  uyğun  olaraq  fənlərin  tədrisi  ancaq  baza  təhsilinə  malik  olan  müəllimlər  tərəfindən  aparılır.

Şöbənin  işi  Təhsil  haqqında  Azərbaycan  Respublikasının  qanununa,  kollecin  nizamnaməsinə  Təhsil  Nazirliyinin  müvafiq  normativ  sənədlərinə  müvafiq  təşkil  olunub  aparılır.

2014/2015-ci  tədris  ilindən  şöbədə  tədrisin  kredit  sistemi  ilə  təşkilinə  keçilmişdir.  Şöbədə  təhsilin  yüksək  səviyyədə  və  peşəkarlıqla  qurulması,  Tələbə  gənclər  arasında  tədris  intizamının  möhkəmləndirilməsi,  sağlam  işgüzar  mühitin  yaradılması  sahəsində  zəruri  tədbirlər  təşkil  olunub  həyata  keçirilir.