Gərayev Vahid Vaqif oğlu 12 avqust 1975 – ci ildə Şamaxı rayonunun Qəleybuğurd kəndində anadan olmuşdur.1992 – ci ildə Qəleybuğurd kənd orta məktəbini bitirmiş və həmin il Azərbaycan Kooperasiya İnstitutunun “Aqrar sənaye kompleksi sahələrininiqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə “İqtisad” fakültəsinə daxil olmuşdur. 1996 – cı ildə göstərilən ixtisas üzrə həmin ali məktəbi müvəffəqiyyətlə bitirmişdir.
1998 – ci ildən 2001 – ci ilə qədər “Mesanat” firmasında iqtisadçı vəzifəsində işləmişdir. 2001 – ci ildən etibarən Azərbaycan Kooperasiya Universitetində işləyir.O, 2001-2012 – ci illərdə universitetin tədris şöbəsinin inspektoru,həmçinin 2004 – cü ildən “İqtisadi nəzəriyyə” kafedrasında 0.5 ştat müəllim, baş müəllim, hal-hazırda isə dosent vəzifəsində çalışır.
2012- ci ildə Azərbaycan Elmi – Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda 08.00.05 – “Xalq təsərrüfatıın iqtisadiyyatı və idarə edilməsi” (kənd təsərrüfatı) şifrəsi üzrə “Qloballaşma şəraitində aqrar bazarın inkişafı və idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2017 – ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.
2012-2015 – ci illərdə “İdarəetmə” fakültəsində, 2015-2018 – ci illərdə isə “Dünya iqtisadiyyatı və Kommersiya” fakültəsində dekan müavini vəzifəsində işləmişdir.
24 elmi əsərin, 16 elmi məqalə və tezisin, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin, 6 fənn proqramının müəllifidir.
2018 – ci ildən Bakı Biznes və Kooperasiya Kollecinin “Biznes və İdarəetmə” şöbəsində şöbə müdiri vəzifəsində işləyir.
Şöbədə 6 ixtisas üzrə kadr hazırlığı aparılır.
- Menecment
- Marketinq
- Kommersiya
- Bələdiyyə təsərrüfatının təşkili
- Sığorta işi
- Arxiv işi və kərgüzarlıq
Şöbənin işi Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa, “Orta ixtisas təhsili müəssisələri şöbələrinin işinin təşkili” haqqında əsasnaməyə, kollecin nizamnaməsinə və hər tədris ili üçün şöbənin tərtib təsdiq edilmiş planına müvafiq həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 saylı qərarına və Azərbaycan Respublikası Təhsil Nazirinin 31.01.2014-cü il tarixli 101 saylı əmrinə müvafiq olaraq 2014/2015-ci tədris ilindən tədrisin kredit sistemi ilə təşkilinə keçilmişdir.
Şöbədə Tələbə gənclərin fiziki və mənəvi tərbiyəsinin, hüquq və düşüncəsinin hüquq mədəniyyətinin inkişaf etdirilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği işinin təşkili sahəsində əməli tədbirlər planlaşdırılıb həyata keçirilir.
Tələbələrin Diplomqabağı istehsalat təcrübəsi Bakı Şəhəri üzrə rayon bələdiyyə idarələrində Kontinental marketlərdə gömrük məntəqələrində təşkil olunur.
Şöbənin işi Təhsil haqqında Azərbaycan Respublikasının qanununa, kollecin nizamnaməsinə Təhsil Nazirliyinin müvafiq normativ sənədlərinə müvafiq təşkil olunub aparılır.
2014/2015-ci tədris ilindən şöbədə tədrisin kredit sistemi ilə təşkilinə keçilmişdir. Şöbədə təhsilin yüksək səviyyədə və peşəkarlıqla qurulması, Tələbə gənclər arasında tədris intizamının möhkəmləndirilməsi, sağlam işgüzar mühitin yaradılması sahəsində zəruri tədbirlər təşkil olunub həyata keçirilir.