Müəllim və tələbə heyətimiz 27-ci “Azərbaycan Beynəlxalq Qida Sənayesi” sərgisində iştirak ediblər
Bakı Biznes və Kooperasiya Kollecinin müəllimləri və tələbələri Bakı Ekspo Mərkəzində 15-ci “Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” və 27-ci “Azərbaycan Beynəlxalq Qida Sənayesi” sərgisində iştirak ediblər.
Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin iştirak etdiyi sərgidə əsasən müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, qənnadı, ət və ət məhsulları, şirələr, çaylar, süd və süd məhsulları, tütün və digər məhsullar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar nümayiş olunub.
Sərgilər dünyanın müxtəlif ölkələrindən kənd təsərrüfatı üzrə idxalçıları, ixracatçıları, distribyutorları, topdan və pərakəndə satış təmsilçilərini, aparıcı istehsalçıları bir araya gətirib.
