Bakı  Biznes  və  Kooperasiya  kollecinə tələbə qəbulu

1939 – cu ildən Bakı Kooperativ Texnikumu kimi fəaliyyətə başlayan bu tədris müəssisəsi 30 avqust 2000-ci il tarixə kimi həmin adda fəaliyyət göstərmiş və ümummilli Lider Heydər Əliyevin 30 avqust 2000-ci il tarixli fərmanının 7-ci bəndinin icrası ilə əlaqədar olaraq 2001-ci ildə daha geniş profilli orta ixtisas təhsilli kadrlar hazırlayan təhsil müəssisəsi kimi Bakı Biznes və Kooperasiya Kollecinə çevrilmiş, bu günə kimi həmin adla fəaliyyət göstərir.

Kollecə tələbə qəbulu 14 ixtisas üzrə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasından DİM (Dövlət İmtahan Mərkəzi) tərəfindən mərkəzləşmiş qaydada test üsulu ilə aparılır.
    Bakı Biznes və Kooperasiya Kollecində bütün ixtisaslar ödənişlidir. İllik ödəniş haqqı əyani şöbədə 950 AZN(manat) , qiyabi şöbədə 900 AZN(manat) -dır.
  Bu qaydalarla tanış olmaq üçün DİM-in internet saytlarına daxil olub və ya abituriyent jurnallarından istifadə etmək olar.

 Internet saytları:
www.dim.gov.az
wap.dim.gov.az
www.abituriyent.az
www.mekteb.edu.az
www.elachi.edu.az