Odlar Yurdu Universitetində Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında “Yaradıcı insanın yaradıcılığı” adlı musiqi festivalı keçirilib.
06 mart 2018-ci il tarixdə Odlar Yurdu Universitetində Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında milli incəsənət və mədəniyyətimizi təbliğ etmək məqsədi ilə “Yaradıcı insanın yaracılığı” adlı musiqi festivalı keçirilib. Festivalda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, universitetin prorektoru Ceyhun Osmanlı, 400 nəfər gənc və yeniyetmə iştirak etmişdir.
Festivalın sonunda müxtəlif nominasiyalar üzrə qalib gələn gənclər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklarla təltif olunublar. Bakı Biznes və Kooperasiya Kollecinin tələbələri Oruc Rəhimli və Qədiməlili Nurlan rəqs, Səmayə Tağıyeva solo saz ifaçılığı nominasiyasında qalib gələrək 1-ci yerə, Nihad Axundov isə folklor nominasiyasında 3-cü yerə layiq görülmüş, medal və diplomla mükafatlandırılmışlar. Kollecimzin rəhbərliyi, müəllim kollektivi və tələbə heyəti adından istedadlı tələbələrimizi təbrik edirik! Uğurlarınız davam olsun!





















