Nərimanov rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.
25 aprel 2018-ci il tarixdə 178 saylı tam orta məktəbin futbol meydançasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin pedaqoji kollektivləri arasında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib. Qeyd edək ki, turnirdə 7 komanda – Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Humanitar Kollecin və Bakı Biznes və Kooperasiya Kollecin komandaları iştirak edib.
Turnirdə I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası, II yeri Azərbaycan Kooperasiya Universitetinin komandası, III yeri isə Azərbaycan Turizm və Menecment Universitetinin komandası tutmuşdur. Qalib komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov tərəfindən diplom və medallarla təltif edilib.













