Milli Dirçəliş Günümüz Mübarək!


17 Noyabr 1988-ci il xalqımızın milli-azadlıq hərəkatının başlanğıc günü,Azərbaycanın müstəqilliyinə doğru uzanan yolu. Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılan günlərindən ən önəmlisi.Azərbaycan xalqının azadlıq səsini ucaldaraq,imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu.Öz haqqı ,azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.1992-ci ildən 17Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.Bu gün münasibətilə kollecimizin direktoru Fatimə xanım Quliyeva həmvətənlərimizi təbrik edir,ölkəmizin inkişafına,dövlətçiliyimizin güclənməsinə töhfə verən hər bir kəsə uğurlar arzulayır.