Kollecimizin direktoru, dosent Fatimə xanım Quliyevaya Rusiya Təbiət Elmləri Akademiyası alimlərin, müəllimlərin və mütəxəssislərin beynəlxalq assosiasiyası tərəfindən “LABORE ET SCENTİA – Əməyi və biliyi ilə” ordeninə layi
Kollecimizin direktoru, dosent Fatimə xanım Quliyevaya Rusiya Təbiət Elmləri Akademiyası alimlərin, müəllimlərin və mütəxəssislərin beynəlxalq assosiasiyası tərəfindən “LABORE ET SCENTİA – Əməyi və biliyi ilə” ordeninə layiq görülmüşdür.
Orden Rusiya Federasiyasının Soçi şəhərində Rusiya Federasiyası Prezidentinin İşlərinin idarəsində Rusiya Təbiət Elmləri Akademiyasının 20 illiyinə həsr olunmuş elmi konfransda təqdim olunmuşdur. Qeyd edək ki, bu mükafat “Vətən elmi qızıl fondu” milli proqram çərçivəsində və “Avropa elmi-sənaye konsorsiumu” mükafatları komissiyasının qərarına uyğun olaraq təsis olunub. Orden rus və xarici alimlərə elm və təhsil sahəsində etdikləri töhvələrə görə verilir.
Bu münasibətlə, hörmətli Fatimə Xanımı kollektivimiz adından ürəkdən təbrik edir, ona bütün elmi fəaliyyətlərində uğurlar arzulayırıq.