“Dil xalqın ruhunun təzahürüdür,dil onun ruhu,ruh isə onun dilidir.”(Humboldt)
Ana dilim!Saflığını ,təmizliyini ,zənginliyini qoruyaraq Anamızın-Azərbaycan adlı cənnət Vətənimizin doğma dili olan Azərbaycan dili.Əsrlər boyu keşməkeşlərdən alnıaçıq ,üzüağ çıxan mükəmməl , şirin ,axıcı ,heyranedici Dilim!Sənin haqqında yazarkən gözlərim önündə yalnız Dədə Qorqudun ,Nəsiminin ,Füzulinin ,Şah İsmayıl Xətainin ,Molla Pənah Vaqifin ,Həsən bəy Zərdabinin ,Aşıq Ələsgərin dili canlanır.Ona görə ki, xalqımın laylaları ,nəğmələri ,nağılları ,dastanları bu dillə qəlbimə hopdurulub.Doğma dilimə olan sevgim xalqımın milli ruhuna və mədəniyyətinə hörmətdən irəli gəlir.Dilimiz xalqın ən ağır günlərində belə milli mənliyini ,xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir.Belə zəngin dil mədəniyyətinə malik olan xalq- əyilməzdir ,silinməzdir ,böyük gələcəyə malikdir.Hörmətli Bakı Biznes və Kooperasiya Kollecinin müəllim və tələbə kollektivi: Sizləri 21fevral “Dünya Ana Dili Günü”münasibətilə təbrik edirik! Uğurlu gələcəyə doğru atılacaq addımlarımızın təminatçısı olan dilimizin qorunub saxlanılmasında ,saflığının təmin edilməsində ,yad ünsürlərdən qorunmasında hər birinizə müvəffəqiyyət arzu edirik !