Bakı Biznes və Koopersiya Kollecinin “Sahillər təmiz qalsın ! ” – Təmizlik aksiyasında nümunəvi iştirakı .
16 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər Fondunun , İDEA İctimai Birliyinin “Təmiz Şəhər” ASC və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi ilə birgə “Sahillər təmiz qalsın!” şüarı adı altında təmizlik aksiyası keçirilmişdir. Aksiyada Kollec Tələbə Gənclər Təşkilatının sədri Əliyev Sənan Elşad oğlu ilə birgə tələbələr də yaxından iştirak etmişlər. Qiyabi şöbənin “Mühasibat uçotu” ixtisasının 5-ci kurs 196-cı qrup tələbəsi Əhmədova Aygün Zakir qızı fəal iştirak göstərərək keçirilən viktorinada qiymətli hədiyyələr qazanmışdır.





