Bakı Biznes və Kooperasiya Kollecinin tələbələrinin “Milli Kimliyimizin Simvolu Azərbaycan Bayrağı”adlı konfransda iştirakı.
7 Noyabr 2018-ci il tarixində “Mənəvi Dəyərlərin Təbliği Fondu”nun dəstəyilə “Milli Kimliyimizin Simvolu – Azərbaycan Bayrağı”adlı konfrans keçirilib.Tədbirdə çıxış edən “Mənəvi Dəyərlərin Təbliği Fondu “nun icraçı direktoru Mehman İsmayılov bildirib ki,bayraq bir dövlətin və xalqın bütün dəyərlərini özündə əks etdirən simvoldur.Bu dəyərlər gənclər tərəfindən tam dərk edilməli və öyrənilməlidir.Konfransda Milli Məclisin deputatı Azər Badamov,Şahin İsmayılov,”Səs”Media qrupunun nümayəndəsi də çıxış etmişdir.Tədbirdə digər çıxış edənlərin arasında Bakı Biznes və Kooperasiya Kollecinin müəllimi Yusifova Rühəngiz ,Tələbə Gənclər Təşkilatının sədri Əliyev Sənan və təşkilatın digər fəal üzvləri də iştirak ediblər.
