Bakı Biznes və Kooperasiya Kollecinin müəllim və tələbələri “Az-Qranata” Ağsu Şirə və Şərab emalı zavodunda istehsal ekskursiyasında olmuşdurlar.
Bakı Biznes və Kooperasiya Kollecinin müəllim və tələbələri yenidən tədris prosesinin və dərs kefiyyətinin artırılması məqsədi ilə istehsal müəsisəsinə ekskursiyaya getmişdirlər. Kollec rəhbərliyinin daima diqqətində saxlanılan bu addım artıq bir ənənə halını almışdır. Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə Quliyevanın dəstəyi və “Mühasibat uçotu, İqtisadiyyat və Maliyyə” fənn birləşməsinin sədri Bəşirova Şəfəqin təşkilatçılığı ilə “vergi və vergi tutma,kommersiya,turizm işinin təşkili, mühasibat uçotu və maliyyə” ixtisasları üzrə təhsil alan 39-u tələbə ilə birlikdə ümimilikdə 45 kollec əməkdaşı “Az-Qranata” Ağsu Şirə və Şərab emalı zavodunda(daha ətraflı- www.azgranata.az ) olmuş və əyani olaraq yerində istehsalat prosesi ilə tanış olmuşdurlar.
İlkin mərhələdə Kollec əməkdaşlarını müəsisənin əməkdaşı Eldəniz Süleymanov qarşılamış, müəsisənin fəaliyyət istiqaməti, gördüyü işlər, istehsal olunan məhsullar və ümumi müəsisə haqqında məlumat vermiş, ilkin tanışlıq üçün bələdçilik etmişdir. Ekskursiya ərzində Eldəniz müəllim tələbələrə real istehsal prosesi ilə tanış olmağa, hətta onların bu prosesin müxtəlif mərhələlərində texnoloji prosedurları icra etməyinə şərait yaratmışdır. İstehsal prosesində istifadə olunan xammal, avadanlıq və tara məhsullarını əyani formada göstərmiş və istehsal prosesinin incəlikləri ilə bağlı tələbələrə məlumat vermişdir. İstehsalın növbəti mərhələsi olan məhsulun paketlənməsi ilə tanış olan tələbələr qablaşdırma sexində olmuş, məhsulun qablaşdırmasını müşahidə etmişdirlər. Məhsulun qəbulu və onun çeşidlənməsi və istehsal edilən məhsulun təyinatına əsasən seçilməsi ilə tanış olmuş və bu prosesdə müəssisə işçiləri ilə birgə işləyərək işi praktiki formada icra etmişdirlər.
Daha sonra tələbə və müəllim heyyətini “Az-Qranata” Ağsu Şirə və Şərab emalı zavodunun alkoqollu içkilər direktoru Vüqar Mikayılov, onlara ümümi istehsalın texniki və elmi göstəriciləri haqqında məlumat vermiş, öz dərin elmi və praktiki biliklərini qısa şəkildə tələbələrlə bölüşmüşdür. Tələbələri şərab istehsalı prosesi ilə tam tanış etmək üçün onlara xammalın toplanması mərhələləsindən başlayaraq son məhsulun alınmasınadək bütün proseslərlə tanış etmişdir. Tələbələr şərab sexi ilə tam tanışlıqdan sonra istehsal edilmiş şərab məhsullarının saxlanılma yerində olmuş, daha sonra “dequstasiya” otağında olaraq məhsulun kefiyyətini yoxlamışlar. Həmçinin Şirkətin qazandığı diplom və sertifikatlarla tanış olmuşdurlar.
Tələbələrlə yanaşı bu ekskursiyanın iştirakçısı olmuş Kollecin əməkdaşları-Kollecin direktorunun tədris üzrə müavin Zakir müəllim, Şahmar, Anar müəllim həmçinin Afət, Aynur və Yeganə xanım öz təəssüratlarını bölüşərkən bildirmişdilər ki, bu 1 günlük qısa sınaq-təcrübə bizim bu sahədə olan nəzəri biliklərimizin daha da möhkəmləməsinə və iştirakçı olan tələbələrimizin elimə və dərslərə olan marağının artmasına səbəb olmuşdur. Xüusui ilə müəsisə rəhbərliyinin bizə göstərdiyi diqqət və qayğı, işçilərin sərgilədiyi səmimi münasibət və qonaqpərvərlik bir daha Kollecimizin əməkdaşlıq etdiyi bu müəsisənin-Azqranatanı doğru seçim olduğuna əmin olduq. Məhz buna görədə həm özümüz, həm də tələbələrimiz adından bizə göstərilən bütün xidmətlərə və qayğıya görə Kollec rəhbərliyinə və Azqranata şirkətinin rəhbərliyinə minnətdarlıq bildiririk.