Bakı Biznes və Kooperasiya Kollecinin müəllim və tələbələri Atena MMC-nin Ağcabədi rayonunda yerləşən Atena Süd Zavodu və fermasına təşkil edilən ekskursiyada iştirak ediblər.
Bakı Biznes və Kooperasiya Kollecinin müəllim və tələbələri Atena MMC-nin Ağcabədi rayonunda yerləşən Atena Süd Zavodu və fermasına təşkil edilən ekskursiyada iştirak ediblər. Tələbələrimiz Atena Süd Zavodunun maddi-texniki bazası ilə yaxından tanış olmuş, İstehsalat müdiri Seymur Həsənov tərəfindən tələbələrə süd və süd məhsullarının istehsal prosesi barədə ətraflı məlumat verilmişdir.İstedadlı tələbəmiz Aydan Məmmədova maraqlı ideyaları və sualları ilə zavod rəhbərliyinin rəğbətini qazanmışdır.
Ekskursiyanın təşkilində göstərdiyi köməkliyə görə Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə xanım Quliyevaya və Atena MMC-nin rəhbərliyinə təşəkkürümüzü bildiririk.


























