Bakı Biznes və Kooperasiya Kollecində “15 sentyabr-Bilik günü” ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir İlk öncə Dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra kollecin direktorunun ümumi işləri üzrə I müavini- Vaqif müəllim giriş nitqini açaraq “Yeni dərs ili“ münasibəti ilə müəllim, tələbə və valideynləri təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdır. Kollecə yeni daxil olan tələbələrə kollec haqqında, onlar üçün yaradılmış yeni infrastruktur və tədris şərait ilə bağlı ətraflı məlumat verilmişdir.
Kollecin tədris işləri üzrə şöbə müdiri- Yaşar müəllim çıxış edərək yeni tədris ilində kollecə yüksək balla daxil oluş tələbələrə “tələbə biletləri“ təqdim etmiş və onlar başda olmaqla bütün tələbələrə yeni-yeni uğurlar arzulamışdır.
Sonda Kollecin rəhbərliyi və tədris ixtisasları ilə bağlı tələbələrə məlumat verilmişdir.


