Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib
Nərimanov Rayon Gənclər və İdman İdarəsində rayonda yerləşən Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib.
11 mart 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində rayonda yerləşən Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilmişdir.
Görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir.
N.Novruzov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb qeyd etdi ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi yeni qələbələrə doğru inamla irəliləyir.
Sonra çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Arzuman Süleymanov İdarə tərəfindən yaradılan şəraitə və tələbə-gənclər təşkilatları ilə yaranmış sıx əməkdaşlığa görə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda İdarə rəisi gəncləri maraqlandıran sualları cavablandırıb, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirakına, Tələbə-Gənclər Təşkilatının formalaşmasında xidmətlərinə və təhsilində fərqləndiyinə görə 5 nəfər Təşkilatın fəal üzvləri Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən “Fəxri Fərmanlar” ilə təltif edilmişdir.
http://mys.gov.az/news/20160314101838048.html