Albaniyanın Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 51-ci plenar sessiyası, həmçinin Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclasları keçirilib.
19-21 iyun 2018-ci il tarixində Albaniyanın Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 51-ci plenar sessiyası, həmçinin Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclasları keçirilib.
Hüquqi və siyasi məsələlər üzrə Komitənin iclasında komitənin sədr müavini, Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda məruzəsi dinlənilib, məruzə ətrafında müzakirələr aparılıb.

