9 Noyabr Bayraq Bayramınız Mübarək !!!
Köksümdə tufanlar gəldim irəli, Öpüm kölgən düşən mübarək yeri! Allahım yıldızı, o gözəl pəri Sığınmış qoynunda Aya bayrağım! Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri Milli Bayrağımız – Dövlət Bayrağıdır. Şanlı bayrağımız dövlətimizin suverenliyinin rəmzidir. Üçrəngli bayrağın ideya müəllifi türk ideoloqu Əli bəy Hüseynzadə olsada onu müstəqil Azərbaycan – türk dövlətinin bayrağı kimi əbədiləşdirən isə Məmməd Əmin Rəsulzadədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009 – cu il Noyabrın 18 də imzaladığı sərəncamla 9 Noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.