12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya günü
Dövlətin ali qanunu,vətəndaşlarının hüquq və azadlıqlarını elan edən və zəmanət verən -Konstitusiya “qurmaq,yaratmaq,əsasını qoymaq “mənasını kəsb edən hüquqi sənətdir.Dövlətimizin quruluşunu və dövlət hakimiyyətinin ali orqanlarını müəyyən edən,qanunvericilik üçün əsas rol oynayan-Konstitusiyamızın əsası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmişdir.Biz vətəndaşların,xüsusilə gənc nəsil nümayəndələrinin əldə etdiyi bugünkü uğurların hüquqi başlanğıcıdır-Konstitusiyamız.Bu əlamətdar gün münasibətilə başda kollecimizin direktoru Fatimə xanım Quliyeva olmaqla bütün müəllim və tələbələri təbrik edir,hər kəsə can sağlığı,səadət və firavanlıq arzulayırıq.