12 dekabr-Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür!
12dekabr 2003-cü il, bu tarix bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış , görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin haqqın dərgahına qovuşduğu tarixdir.Ulu Öndər bizləri tərk etsə belə ,səmərəli fəaliyyəti ilə xalqımızın yaddaşında silinməz iz qoymuşdur.Belə ki, istedadlı və uzaqgörən idarəçiliyi sayəsində regional sülh və dostluğa nail olunması yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir.Heydər Əliyevin adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.Ümummilli liderin anım günü münasibətilə kollecimizin direktoru Fatimə xanım Quliyeva Ulu Öndərimizin xatirəsini ehtiramla yad edərək,bildirib: “Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrəniləsi bir dünyadır….Heydər Əliyev xalqımızın söykəndiyi dağdır….O dağın zirvəsi isə çox ucadır,ucadan da uca….Bu zirvə bizləri daim işıqlı sabahlara aparacaq.”