Mühasibat uçotu və Maliyyə işi şöbəsi
Şöbə müdiri
Mənsurlu Namiq Məhəmmədəli oğlu – Bakı Biznes və Kooperasiya Kollecinin Mühasibat uçotu və Maliyyə işi şöbəsinin müdiri
1975-ci il 23 may tarixində Bakı şəhərində doğulmuşdur. 1992-ci ildə Bakı şəhəri Nərimanov rayonunun 82 saylı Tam orta məktəbi bitirmişdir. 1992-1996-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Menecment” ixtisası üzrə bakalavr təhsili almışdır. 1997-1998-ci illərdə hərbi xidmətdə olmuşdur. 2016-cı ildə iqtisad üzrə fəlsəfə foktoru elmi dərəcəsini almışdır,.
2000-ci ildə Azərbaycan Kooperasiya Universitetinin dekan müavini vəzifəsində çalışmışdır. 2015-cü ildə Bakı Biznes və Kooperasiya Kollecində “Mühasibat uçotu və Maliyyə işi” şöbəsinin müdiri vəzifəsində çalışır.
Şöbə Haqqında
“Mühasibat uçotu və Maliyyə işi” şöbəsində hal-hazırda 3 ixtisas üzrə kadr hazırlığı həyata keçiririlir. “Sığorta işi”, “Maliyyə işi”, “Mühasibat uçotu” ixtsiasları üzrə ümumilikdə 570 nəfər tələbə təhsil alır.
2017-ci ildən isə “Mühasibat uçotu və Maliyyə işi” şöbəsinə i.f.d. Mənsurlu Namiq Məhəmmədəli oğlu rəhbərlik edir.
