Quliyeva Afət Adil qızı 1977-ci ildə Oğuz rayonunda anadan olmuşdur.

Orta təhsilini Oğuz rayonunda alıb, Azərbaycan Kooperasiya Univerisitetinin “Ərzaq mallarının əmtəəşünaslığı” ixtisasının bakalavr, “istehlak mallarının kefiyyət ekspertizası” ixtisasının magistr pilləsini bitirmişdir. Səhmdar Kommersiya Aqrar Sənaye Bankında mühasib, 2009-cu ildən Bakı Biznes və Kooperasiya Kollecində müəllim, 2011-ci il tarixindən isə Kollecdə “kadr şöbə rəisi” vəzifəsində işləyir.

2016-cı ildə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “aqrar-sənaye sistemlərində fəaliyyət göstərən sahibkarlıq sturukturlarının rəqabətqabiliyyətliyinin yüksəldilməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.