Fənn  birləşməsinin  sədri – Dadaşova Xumarxanım Dadaş  qızı  – Bakı Dövlət Universitetinin dissertantıdır,  coğrafiyaşünasdır.

Fənn  birləşməsində -7  nəfər  müəllim  fəaliyyət  göstərir.  Onlardan  5  nəfəri  Bakı  Dövlət  Universitetini,  2  nəfəri  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetini  bitirmişdir.

  1. Ağayeva Ellada Ürfət
  2. Dadaşova Xumarxanım Dadaş – doktorant
  3. Əliyeva Nuranə Firuz – magistr
  4. İbrahimova Tükəz Faiq-magistr
  5. Nəsirova Aygün Valentin
  6. Qambayeva Nigar Rəfael -magistr
  7. Səbzalıyeva Arzu Hacı

Fənn  birləşməsinə  daxil  olan  müəllimlər  baza  təhsillərinə  müvafiq  olaraq  “Biologiya”,  “Kimya”,  “Turizm və rekreasiya işinin təşkili”,  “Fiziki coğrafiya”, ”Turizm coğrafiyası”, “Rekreasiya və sağlamlıq”,  “Beynəlxalq turizmin coğrafiyası”, “Təbiətdən istifadənin iqtisadiyyatı”, ”Dünya xalqlarının qida mədəniyyəti və adət – ənənəsi” fənlərini  tədris  edirlər.

Fənn  birləşməsi  fənn  tədrisinin  keyfiyyətinin  yüksəldilməsi  üçün  əməli  tədbirlər  planlaşdırılıb  həyata  keçirir.  2014/2015-ci  tədris  ilindən  tam  orta  təhsil  bazasından  olan  qruplarda  “Tədrisin  kredit  sistemi  ilə  təşkili”nə  keçilmişdir. 2018/2019-cu  tədris  ilindən  natamam orta təhsil bazasından olan qrupların  “Tədrisin  kurikulum  sistemi  ilə  təşkili”nə  keçilməsi  ilə  əlaqədar müəllimlər  ilə  zəruri  təşkilatı  və  maarifləndirmə  işləri  aparılır.