Mahmudov Vaqif Şərif oğlu 1959-cu ildə Zərdab rayonunda anadan olmuşdur. 1976-cı ildə Zərdab şəhər 2 nömrəli orta məktəbini bitirmişdir.

1977-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı insitutunun “ümumiiqtisadiyyat” fakultəsinə daxil olmuş, 1981-ci ildə insitutu bitirərək “iqtisadçı” ixtisasına sahib olmuşdur. Əmək faliyyətini Azərittifqın mərkəzi aparatında başlamış və müxtəlif vəzifələri icra etmişdir.

2011-ci ildən Bakı Biznes və Kooperasiya Kollecində direktorun ümumi işlər üzrə 1-ci müavini vəzifəsində işləyir.