Fatimə Ağayar qızı Quliyeva 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2003-cü ildən Azərbaycan Kooperasiya Universitetində müəllim, baş müəllim, 2008-ci ildən “Marketinq və menecment” fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.

2011-ci ildə “iki tərtibli operator dəstəsinin məxsusi və qoşma elementlərinin tamlığının tətqiqi” mövzusunda elmi işi müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru adını almışdır.

2011-ci ildən Bakı Biznes və Kooperasiya Kollecinin direktorudur.

6 kitab və tədris proqramının müəllifidir və 30 elmi əsəri respubilka və xarici ölkə jurnallarında dərc edilmişdir.

2014-cü ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

2016-cı ildı Rusiya Təbiət Elmləri Akademiyası alimlərin, müəllimlərin və mütəxəssislərin beynəlxalq assosiasiyası tərəfindən “LABORE ET SCENTİA – Əməyi və biliyi ilə” ordeninə layiq görülmüşdür.