Dadaşov Anar Eynulla oğlu 01 iyul 1985 – ci ildə Bakı şəhərində anadan olub.
1992-2003 – cü illərdə Bakı şəhəri Səbail rayonu 190 saylı (Sona xanım məktəbi) orta məktəbdə təhsil almış və fərqlənmə attestatı ilə təhsilini başa vurub.
2003-2007 – ci illərdə Azərbaycan Kooperasiya Universiteti “Maliyyə və kredit” ixtisası üzrə təhsil almış və fərqlənmə Diplomu ilə məzun olmuşdur.
28 iyun 2007 – ci il Gülüstan Sarayında təşkil olunmuş tədbirdə (Ali məktəb və akademiyaları fərqlənmə ilə bitirənlərlə görüş) iştirak edib, fəxri fərman və hədiyyələrlə təltif olunmuşdur.
2007-2008 – ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2009-2011 – ci illərdə Azərbaycan Kooperasiya Universitetində Dispetçer xidmətində,
2011-2012 – ci illərdə fakültədə operator vəzifəsində çalışıb.
2012-2014 – cü illərdə Bakı Biznes və Kooperasiya Kollecində Şöbədə metodist,
2014-2018 – ci il aprel ayına qədər Tədris şöbəsində metodist,
2018 – ci il aprel ayından sentyabr ayına kimi Kompüter laboratoriyasının müdiri və Tələbə Məzun Məlumat sisteminin məsul şəxsi vəzifələrində çalışıb.
2018- ci il sentyabr ayından hal-hazıradək Daxili Nəzarət və Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışır.
2013 – cü ildə magistr təhsilini başa vurub.
2014 – cü il Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülüb və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində Bələdiyyyəyə üzv seçilmişdir.
2005 – ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Şöbənin vəzifələri aşağıdakılardır.
1.Şöbələr üzrə tədrisin səmərəli təşkilinin monitorinqinin aparılması, nəticələri ümumiləşdirərək təkliflər hazırlanması;
2.Tədris prosesində akademik məsləhətçilərin (tyutorların) fəaliyyətinin qiymətləndirilməsi;
3.Hər bir fənn üzrə ayrıca jurnalların tərtibinə nəzarət;
4.Tələbə və təhsil verənlərin mobilliyinin təmin edilməsi;
5.Pedaqoji işçilərin işə qəbulunda iştirak edilməsi, tədris ilinin yekunlarına əsasən onların fəaliyyətinin qiymətləndirilməsi,nəaliyyət və ya nöqsanların uyğun olaraq direktora təkliflər verməsi;
6.Pedaqoji işçilərin sosial müdafiəsinin yaxşılaşdırlıması istiqamətində təkliflər hazırlanması;
7.Kollecin fəaliyyəti ilə bağlı əmrlərin daxil olan və göndərilən sənədlərin qeydiyyatının və icraya göndərilməsinin kargüzarlığın aparılmasına dair təlimata uyğun aparılması,struktur bölmələrdə icra müddətinə əməl edilməsinə nəzarət;
8.Vətəndaşların direktor,sahələr üzrə direktor müavinləri tərəfindən qəbulunun təşkil edilməsi,qəbul vaxtı şikayət və təkliflərə baxılmasının mahiyyəti üzrə verilən tapşırıqların icrasını və vətəndaşların məlumatlandırılmasını nəzarətdə saxlamaq;
9.Təhsildə İKT – nın tətbiqi və istifadəsinin qiymətləndirilməsi,müsbət təcrübələrin öyrənilməsi və təkliflər verilməsi;
10.Tələbələrin biliyinin qiymətləndirilməsində neqativ halların araşdırılması;
11.Tələbə-məzun elektron informasiyasisteminin fəaliyyətinin təmin olunması;
12.Kollecdə Təlim-tərbiyə işlərinin planlaşdırılması və icrası tələbələrin təhsil müvəffəqiyyətlərinin yüksəldilməsi istiqamətində stimullaşdırıcı tədbirlər keçirilməsi;