Biznes və idarəetmə şöbəsi
Şöbə müdiri
Hüseynli Günay İntiqam qızı – Bakı Biznes və Kooperasiya Kollecinin Biznes və idarəetmə şöbəsinin müdiri
27 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010- cu ildə orta məktəbi bitirmiş Bakı Dövlət universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsi üzrə “Kompüter elmləri” ixtisasina qəbul olmuş və 2014-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Texniki Universitetinin “İnformasiya texnologiyaları və sistemləri” ixtisası üzrə magistr pilləsinə qəbul olmuş, 2016-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ildə “Mühasibat uçotu” ixtisasi üzrə “Kiçik və orta sahibkarlıq subyektlərinin mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması” mövzusu üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq ücün dissertasiya işi qeydiyyata alınmışdır.
2014-cü ildən “Bakı Biznes və Kooperasiya” kollecinin “Riyaziyyat, fizika və informatika” fənn birləşməsində müəllimə kimi çalışmağa başlamışdır. Eyni zamanda 2014-2019-cu illər ərzində “Tyutor” və “İmtahan nəzarət komissiyasının” sədri kimi fəaliyyət göstərmişdir.
2020-ci ildən “Biznes və İdarəetmə” şöbəsinin müdiri vəzifəsində çalışır.
Şöbə Haqqında
“Biznes və idarəetmə” şöbəsi hal hazırda 5 ixtisas üzrə kadr hazırlığını həyata keçirir:
İaşə məhsullarının texnologiyası
Kommersiya işi
Marketinq (sahələr üzrə)
Qida məhsullarının təhlükəsizliyi
Bələdiyyə işi.
Bu ixtisaslar üzrə şöbədə ümumi 390 nəfər tələbə təhsil alir. Dərslərin təşkili daimi olaraq yenilənir və nəzarət altında saxlanılır, dərslər interaktiv formada keçirilir; tələbələrin dərslərdə, xüsusilə seminar-məşğələ dərslərində sərbəstliyinə şərait yaradılır, tələbələr dərsin mövzusuna uyğun hazırladıqları slayd və təqdimatlardan istifadə etməklə öz bilik və bacarıqlarını göstərirlər. Mühazirə mövzuları tələbələrə elektron olaraq göndərilir.
Valideynlərin hər zaman dərslərdə iştirak etməyinə şərait yaradılır.
2020-ci ildən şöbəyə G.İ. Hüseynli rəhbərlik edir.
