Mehdiyev Famil Buludxan oğlu  Bakı şəhərində  anadan olmuşdur. Bakı şəhəri 275 saylı orta məktəbi bitirdikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət  İqtisad  Universitetinə daxil olmuş ,  “Maliyyə və kredit” ixtisası üzrə təhsil almış və  1997-ci ildə həmin ixtisası  bitirmişdir.

1997-2001 –ci illərdə  müxtəlif profilli müəssisələrdə iqtisadçı –mühasib kimi fəaliyyət göstərmişdir.

2006-cı ilin sentyabr ayından Bakı Biznes və Kooperasiya Kollecində pedaqoji fəaliyyətə başlamış, maliyyə , maliyyə və kredit, vergi və vergitutma , dövlət büdcəsi fənnlərini tədris etməyə başlamışdır.

2011-ci  ildən etibarən arxiv müdiri kimi fəaliyyət göstərir.