Skip to content
BBKK
  • Ana səhifə
    • Xəbərlər
  • Rəhbərlik
    • Direktor
    • Direktorun 1-ci müavini
    • Direktorun tədris işləri üzrə müavini
    • Tədris şöbəsinin müdiri
    • İnsan resursları şöbəsi
    • Arxiv müdiri
    • Təsərrüfat şöbəsinin müdiri
    • Mühasibatlıq
  • Şöbələr
    • Mühasibat uçotu və maliyyə işi şöbəsi
    • Biznes və idarəetmə şöbəsi
    • Vergi və Bank işi Şöbəsi
    • Qiyabi şöbə
    • Mehmanxana işi və kompüter şəbəkələrinin servisi şöbəsi
  • Fənn birləşmələri
    • Biznes və idarə edilməsi
    • Fizika, Riyaziyyat və İnformatika
    • Dil və Ədəbiyyat
    • Fiziki tərbiyə və Gənclərin Çağırışaqədərki Hazırlığı
    • Humanitar
    • Mühasibat uçotu, İqtisadiyyat və Maliyyə
    • Təbiət elmləri
  • Tələbələr üçün
    • Dərs cədvəli
    • İmtahan cədvəli
    • İmtahan sualları
      • Qiyabi şöbə
      • Əyani şöbələr
    • Qəbul qaydaları
  • E-Kitab
  • Qalereya
    • Açıq dərslər
    • Dərs prosesi
    • Ən yaxşı tələbələrimiz
    • Kitabxana
    • Tədbirlər
    • Yeməkxana

Bakı Biznes və Kooperasiya Kollecinin direktoru, dosent Fatimə xanım Quliyevanın 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqına təbriki

Ana səhifə > Last news > Bakı Biznes və Kooperasiya Kollecinin direktoru, dosent Fatimə xanım Quliyevanın 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqına təbriki

Bakı Biznes və Kooperasiya Kollecinin direktoru, dosent Fatimə xanım Quliyevanın 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqına təbriki

Posted on 2018-06-26 by aliyev
0

Əziz həmvətənlər! Bildiyiniz kimi bu il ölkəmizdə və onun hüdudlarından kənarda 100-cü ildönümü təmtəraqla qeyd edilən Azərbaycan Xalq Cumhuriyyətinin xalqımızın tarixində müstəsna yeri vardır. 1918-ci ilin iyununda əsası qoyulan milli ordu quruculuğu Azərbaycan Xalq Cümhuriyyətinin dövlət olaraq müəyyən dövr ərzində varlığının qorunmasında mühüm rol oynadı. Vaxtilə çar Rusiyasının ordusunda xidmət edən, ancaq Azərbaycan sevgisini ürəyində, ağlında daşıyan hərbçilərimiz milli dövlətimiz qurulan kimi Vətənə qayıdaraq Azərbaycanın hərbi imkanlarının yaranmasında və güclənməsində xüsusi rol oynadılar.
Milli ordunun yaradılmasında qardaş Osmanlı dövlətinin müstəsna köməyi olmuşdu. Məhz Osmanlı dövlətilə imzalanmış müqaviləyə görə Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlmiş İslam ordusu milli hərbi kadrların yetişdirilməsinə yaxından kömək etmişdi. 1918- ci il dekabr ayının 25-də general S.Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman bəy Sulkeviç baş qərargah rəisi təyin edildilər. Ciddi çətinliklər hesabına 1919-cu ilin ortalarında milli ordu dirçəldi, Zəngəzura soxulmuş erməni quldur dəstələrinə, bolşevik tör-töküntülərinin Muğanda yaratdıqları qondarma sovet respublikasının qüvvələrinə qarşı uğurlu döyüşlər apardı. 1919-cu ilin avqustun 12-də Lənkəran şəhəri azad edildi və Muğan Sovet Respublikası ləğv olundu.
Azərbaycan ordusu 1920-ci ilin mart ayında Qarabağda erməni qiyamının yatırılmasında, Qazax qəzasına soxulmuş Ermənistan qoşunlarının hücumunun dəf edilməsində də öz gücünü göstərdi.
Azərbaycanın dəniz sərhədlərinin qorunması üçün hərbi donanmanın yaradılması da vacib idi. Bu məqsədlə 1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı. Milli ordunun və hərbi donanmanın formalaşması prosesi 1920-ci ilin əvvəlləri üçün əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordu yaradıldı. Onun 30 mini piyada, 10 mini isə süvari qoşun idi.
1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan respublikasının prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edilmiş və artıq hər il iyun ayının 26-da Azərbaycan xalqı tariximizin ən şərəfli günlərindən birini bayram edir.
Hazırda qüdrətli orduya mailk olan Azərbaycanın taleyi etibarlı əllərdədir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti bizi əmin edir ki, lazım gələrsə, düşmən tapdağı altında olan torpaqlarımızı qaytarmağa hərbi gücümüz yetər!
Hörmətli həmvətənlərim, rəhbərlik etdiyim Bakı Biznes və Kooperasiya Kollecinin kollektivinin timsalında sizi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm! Əmin olduğumu bildirirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da dövlətimizin etimadını şərəflə doğruldacaq, qazandığı naliyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altındakı torpaqlarımızın düşmən əsarətindən xilas edilməsinə nail olacaqdır. Silahlı Qüvvələrimizin dəyərli əsgər və zabit heyətinə möhkəm can sağlığı və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıram. Silahlı Qüvvələr Gününüz mübarək!

Hörmətlə,
Fatimə Quliyeva

Ən son xəbərlər
Bakı Biznes və Kooperasiya Kollecinin tələbələrinin “Yunus Əmrə İnstitutu”nun təşkil etdiyi Türk Təsəvvüf Musiqi Konsertində iştirakı.
Bakı Biznes və Kooperasiya...
“Bu günün gerçək universiteti,bir kitabxanadır.”
Kitabsevərlərimiz -başda Rühəngiz müəllimə...
20 Yanvar-Ümumxalq Hüzn Günü!
20Yanvar-Azərbaycan xalqının tarixində qanla...
Bakı Biznes və Kooperasiya Kollecinin direktoru, dosent Fatimə xanım Quliyevanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə təbriki
Hörmətli Bakı Biznes və...
Ən son xəbərlər
Bakı Biznes və Kooperasiya Kollecinin tələbələrinin “Yunus Əmrə İnstitutu”nun təşkil etdiyi Türk Təsəvvüf Musiqi Konsertində iştirakı.
Bakı Biznes və Kooperasiya...
“Bu günün gerçək universiteti,bir kitabxanadır.”
Kitabsevərlərimiz -başda Rühəngiz müəllimə...
20 Yanvar-Ümumxalq Hüzn Günü!
20Yanvar-Azərbaycan xalqının tarixində qanla...
Bakı Biznes və Kooperasiya Kollecinin direktoru, dosent Fatimə xanım Quliyevanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə təbriki
Hörmətli Bakı Biznes və...
Bakı Biznes və Kooperasiya Kollecinin “Bir qış nağılı “adlı bayram tədbiri.
28dekabr 2018 -ci il...

Qalereya

There is no gallery selected or the gallery was deleted.

Bizimlə əlaqə
Ünvan: Nəcəf Nərimanov 95. (Cıdır meydanı ilə üzbəüz)
Mobil: (012) 562-75-71
E-Poçt: bbkk39@mail.ru
Bakı Biznes və Kooperasiya kolleci | Saytın bütün hüquqları qorunur www.bbkk-edu.com